AYİB-in Azərbaycandakı yeni rəhbəri TƏYİN EDİLDİ

AYİB-in Azərbaycandakı yeni rəhbəri TƏYİN EDİLDİ

Hazırda oxunan: AYİB-in Azərbaycandakı yeni rəhbəri TƏYİN EDİLDİ

145827

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Natali Mouravidzeni Bankın Azərbaycandakı əməliyyatlarının yeni rəhbəri təyin edib. Mouravidze AYİB-in Bakıdakı Daimi Nümayəndəliyində (DN) artıq öz vəzifələrini icra etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-ə Bankdan məlumat verilib.

Mouravidze çoxdan heyran olduğu Bakı komandasına rəhbərlik etməkdən şərəf duyduğunu deyib.

"Azərbaycan mühüm çətinliklərin öhdəsindən gəlmiş dayanıqlı iqtisadiyyata sahib ölkədir. AYİB-in Bakı komandası ilə birlikdə mən öz enerji və təcrübəmi Azərbaycanın iqtisadi bazasını genişləndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək səylərini dəstəkləməyə yönəldəcəm”, -deyə o əlavə edib.

Gürcüstan vətəndaşı olan xanım Mouravidze Banka 2003-cü ildə qoşulub. O, direktor müavini və baş bankirdir və Bankın İstehsal və Xidmətlər sektorunun Regional Koordinatoru olub. O, həm də Tbilisi DN-ni rəhbərlik dəyişikliyi zamanı idarə edib.
Natali Beynəlxalq Biznes və İqtisadiyyat üzrə Bakalavr dərəcəsinə (BBA), o cümlədən Amerika Birləşmiş Ştatlarından Maliyyə üzrə Biznesin İdarə Edilməsi üzrə Magistr dərəcəsinə (MBA) malikdir.

Qeyd edək ki, AYİB Azərbaycanda aparıcı institusional investordur və burada maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 188 layihəyə 3,5 milyard avrodan çox sərmayə qoyub, onların əksəriyyəti özəl sektorda olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO