Hamilə Rihanna sevgilisi ilə Barbadosda belə DİNCƏLİR – FOTO 

Hamilə Rihanna sevgilisi ilə Barbadosda belə DİNCƏLİR – FOTO 

Hazırda oxunan: Hamilə Rihanna sevgilisi ilə Barbadosda belə DİNCƏLİR – FOTO 

144336

Dünya şöhrətli pop ulduz Rihanna və repçi sevgilisi “A$AP Rocky” istirahət üçün Barbadosa yollanıblar. 

Bizim.Media xəbər verir ki, repçi orada yeni klip çəkdirərkən 35 yaşlı hamilə sevgilisi isti günlərin dadını çıxarır. 

Rihanna villasının yaxınlığında soyuq südlü kokteyl içərkən çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşıb.

Yuvarlaq qarnını göstərməyi sevən müğənni qara qısa köynək və düymələri açıq cins mini ətək geyinib. Pop kraliça başına həsirdən düzəldilən papaq qoysa da, ayaqqabı geyinməyib. Ayaqyalın ətrafı gəzib. 

Xatırladaq ki, Rihanna bir müddən əvvəl “Spotify” musiqi axını xidmətində 10 mahnı ilə 1 milyard yayıma çatan ilk qadın sənətçi olub. Yeddi ildir ki, yeni albom çıxarmayan Rihanna “Və bu, yeni albom olmadan” şərhini yazıb. 
Qeyd edək ki, Rihanna və 34 yaşlı “A$AP Rocky” hazırda ikinci övladlarını gözləyir. Müğənni ilk hamiləliyində olduğu kimi yumru qarnını gizlətmir və tez-tez ictimaiyyət qarşısına çıxır. Cütlüyün ilk övladı 2022-ci il mayın 13-də dünyaya gəlib. Sənətçilər oğullarına RZA Athelston Mayers adını veriblər. 






Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO