Rusiya Arktikada böyük enerji yatağı KƏŞF ETDİ 

Rusiya Arktikada böyük enerji yatağı KƏŞF ETDİ 

Hazırda oxunan: Rusiya Arktikada böyük enerji yatağı KƏŞF ETDİ 

141896

“Rosneft”in Arktika zonasında kəşf etdiyi karbohidrogen ehtiyatları təxminən 20 milyard ton neft ekvivalentinə bərabərdir. 

Bizim.Media “Tass.ru”ya istinadən xəbər verir ki, bunu “Rosneft”in baş icraçı direktoru İqor Seçin, XXVI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.  

Dünyada orta temperaturun əhəmiyyətli dərəcədə artmasının danılmaz fakt olduğunu deyən “Rosneft”in rəhbəri qeyd edib ki, temperatur dəyişiklikləri müxtəlif bölgələrdə qeyri-bərabər şəkildə özünü göstərir: 

“Beləliklə, Arktikada qlobal istiləşmə planetin digər hissələrinə nisbətən dörd dəfə daha sürətli özünü göstərir ki, bu da Şimal Buzlu Okeanın dənizlərinin sahilləri, o cümlədən daşqınlarla bağlı əlavə risklər yaradır. “Nature Communications” elmi jurnalında dərc edilən araşdırmaya görə, 21-ci əsrin ortalarına qədər Arktika praktiki olaraq buzdan təmizlənəcək. Əsrin sonunda isə buz olmayacaq ki, bu da daşınma üçün naviqasiya pəncərəsini xeyli genişləndirəcək”.  

Onun sözlərinə görə, iqlim dəyişikliyi sayəsində Arktika zonasının resurslarına çıxışla bağlı yeni imkanlar yaranır. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO