İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri ARTIRILIR

İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri ARTIRILIR

Hazırda oxunan: İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri ARTIRILIR

139988

İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri artırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə parlamenin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında məlumat verib. 

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə komitənin rəyini bildirən M.Quliyev qeyd edib ki, işsizlikdən sığorta fondunun gəlirləri və xərclərinin hər birinin 5 milyon manat artırılaraq müvafiq olaraq 212 milyon 668 min 344,50 manatdan 217 668 344,50 manata çatdırılması təklif olunur.  

“Layihəyə əsasən, 2022-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti 53 032 194,5 manatdan 58 032 194,50 manata qaldırılır və artan bu vəsait İşsizlikdən sığorta fondunun gəlirlərinə əlavə edilir”, - deyə deputat əlavə edib. 
Layihə müzakirəyə çıxarılaraq, I oxunuşda qəbul edilib. 

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO