Azərbaycanın regional və beynəlxalq münasibətlərdəki balanslı siyasəti bir çox dünya ölkələrinə nümunə olaraq göstərilir. Lakin həm regionda, həm də dünyada böyük güclərdən hesab olunan Rusiya faktoru istisnadır. Azərbaycanın və digər Qafqaz ölkələrinin Rusiyadan asılılığı hansı səviyyədədir?
Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, sualı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli əvvəlcə Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiyadan asılılıq səviyyəsini müqayisə edib:
“Azərbaycan iqtisadi olaraq Cənubi Qafqazda Rusiyadan ən az asılı ölkədir. Ermənistanın ticarət dövriyyəsinə baxanda, Rusiyanın əzici üstünlüyü var. Təqribən 60%-dən çoxu Rusiyanın payına düşür. Ermənistanın iqtisadi mənzərəsinə baxsaq, şirkətlərin 72%-i və ya iqtisadiyyatın həcmi rus şirkətlərinin əlindədir.
Gürcüstana baxanda yenə xarici ticarət dövriyyəsinin yarıya yaxını Rusiyanın payına düşür. Turizm potensialına baxanda, Rusiyadan Gürcüstana gələn turistlərin sayı kifayət qədər çoxdur. Bunlar da ən çox pul xərcləyən turistlərdir. Məsələn, bu ilin ilk 3 ayını götürsək, rus turistləri Gürcüstanda təqribən 870 milyon dollar pul xərcləyib. Çaxır ixracının yarıdan çoxu, mineral su ixracının isə 70%-dən çoxu Rusiyaya olub. Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsində 2022-23-cü illərdə iki dəfədən çox artım var. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsində isə hətta 3 dəfədən çox artım müşahidə olunur”.
N.Cəfərlinin sözlərinə görə, Azərbaycan bu mövzuda daha çox Qərbə yaxındır, nəinki Rusiyaya:
“Azərbacanın Rusiya ilə ticarət dövriyyəsi keçən il cəmi 20 % artıb. Bu da qiymət artımına görədir. Həcm olaraq dəyişməyib, sadəcə qiymətlər artıb deyə rəqəmsal olaraq pul ifadəsində 20% artım var. Azərbaycan ixracatının təxminən 80%-dən çoxu Qərb ölkələri ilədir. Türkiyəni də bura əlavə etsək, təxminən 90%-dən çoxu Qərb ölkələrinin payına düşür. Rusiyaya ixracat çox azdır, əsasən kənd təsərrüfatı məhsullarıdır.
Rusiyanın Azərbaycana ixracatını götürsək, ilk 5-likdə yer alır. Rusiya bizdə heç vaxt 1-ci yerdə olmayıb. Bizdə 1-ci yerdə həmişə İtaliya, İsrail, Fransa, Almaniya kimi ölkələr yer alıb. İnvestisiya xəritəmizə baxanda, Rusiya şirkətlərinin Azərbaycandakı investisiyaları ümumi investisiyaların 5%-dən biraz çoxdur, 95% bizdə qərb investisiyalarıdır”.
Məsələnin siyasi tərəfinə gəldikdə isə, iqtisadçı burada vəziyyətin fərqli olduğunu bildirib:
“Geosiyasi vəziyyətə baxanda, Qarabağ kimi problemimizin fonunda, separatçıların və Ermənistandakı revanşistlərin atdıqları addımlara görə, bəli Rusiya ilə müəyyən məsələlərdə anlaşma və razılaşma məcburiyyəti var. Çünki ərazimizdə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları var. Onların 2025-ci ilə qədər Azərbaycandan çıxarılması üçün kifayət qədər işlər görülməlidir”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:26 / 22.05.2023
Qafqazda Rusiyadan ən çox asılı olan ölkə hansıdır? – SİYASİ və İQTİSADİ ŞƏRH
Hazırda oxunan: Qafqazda Rusiyadan ən çox asılı olan ölkə hansıdır? – SİYASİ və İQTİSADİ ŞƏRH
Hazırda oxunan: Qafqazda Rusiyadan ən çox asılı olan ölkə hansıdır? – SİYASİ və İQTİSADİ ŞƏRH
137303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.