Ölkədəki problemli kreditlərin həcmi AÇIQLANDI

Ölkədəki problemli kreditlərin həcmi AÇIQLANDI

Hazırda oxunan: Ölkədəki problemli kreditlərin həcmi AÇIQLANDI

136635

2023-cü il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artıb. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına istinadən xəbər verir ki, kredit portfeli milli valyuta ekvivalentində 20664,9 milyon manat təşkil edib. 

Ümumi kredit portfelinin 17085,5 milyon manatı və ya 82,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,0 faizi banklar, 3,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 13,8 faiz azalaraq 590,5 milyon manat olub və ümumi kredit portfelinin 2,9 faizini təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO