Füzulinin Dədəli kəndində birinci mərhələdə 327 ev TİKİLƏCƏK - VİDEO

Füzulinin Dədəli kəndində birinci mərhələdə 327 ev TİKİLƏCƏK - VİDEO

Hazırda oxunan: Füzulinin Dədəli kəndində birinci mərhələdə 327 ev TİKİLƏCƏK - VİDEO

134553

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi. 
 

MÖVZU İLƏ BAĞLI:

Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB 


Bildirildi ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək. 

Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək. 
Məlumat verildi ki, Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub.

Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır. 

Prezident İlham Əliyev Dədəli kəndinin təməlini qoydu. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO