“Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər” - Əhməd İsmayılov

“Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər” - Əhməd İsmayılov

Hazırda oxunan: “Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər” - Əhməd İsmayılov

12661

“Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər”.

Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"KİV haqqında" hazırkı qanun qüvvədən düşəcək" - MEDİA-nın İcraçı direktoru


“Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var.

Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil.

Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsiniun hazırlanması prosesində bunu müzakirə edəcəyik”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO