Münhen müzakirələri sülh üçün hansı imkanları yaradacaq? – Elman Nəsirovun ŞƏRHİ  

Münhen müzakirələri sülh üçün hansı imkanları yaradacaq? – Elman Nəsirovun ŞƏRHİ  

Hazırda oxunan: Münhen müzakirələri sülh üçün hansı imkanları yaradacaq? – Elman Nəsirovun ŞƏRHİ  

121205

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirələr də keçiriləcək.  

Həmin paneldə iştirak edəcək şəxslərin siyahısında Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin, Ermənistan baş naziri Nikol Paşinyanın və ATƏT-in baş katibi Helqa Maria Şmidin adları var. Burada Cənubi Qafqazda təhlükəsizlik mövzusu müzakirə ediləcək.  

Görəsən, panel müzakirələri regionumuzda sülhün əldə edilməsinə nə kimi töhfə verə bilər?  

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Münhem Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək panel görüşündə Azərbaycan Prezidentinin dövlətimizin bir sıra mühüm məsələlərlə bağlı mövqeyini ifadə etməsi üçün imkanlar yaranıb:

“Hesab edirəm ki, panel görüşü və İlham Əliyevin də orada iştirakı fonunda ilk növbədə postmüharibə dövrünün reallıqlarının nədən ibarət olması, Azərbaycanın hansı strateji vəzifələri icra etdiyi, ölkəmizin regionda sülh üçün hansı addımları atdığı və beynəlxalq təhlükəsizliyə verdiyimiz töhfənin nədən ibarət olduğu, enerji təhlükəsizliyində Azərbaycanın Avropa məkanında yeni alternativ enerji mənbəyi kimi əhəmiyyəti, yaşıl enerji ilə bağlı ölkəmizin mövcud potensialı kimi məsələlər diqqət mərkəzində saxlanılacaq”.  

Deputatın fikrincə, panel görüşləri sülh müqaviləsi istiqamətində də müəyyən irəliləyişlərə təkan verə bilər:  

“Bakı İrəvana sülh müqaviləsi şərtlərini təqdim edib. İrəvan isə özlərinin bəzi təkliflərini həmin təkliflər paketinə əlavə edib. İndi sülh müqaviləsinin ilkin versiyasi üzərində iş gedir. İrəvan Azərbaycanın təklifi üzrə baza prinsiplərini qəbul etdiyini bildirib. Ancaq onun əlavələri daha çox Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələni özündə ehtiva edir. Azərbaycan tərəfi isə dəfələrlə qeyd edib ki, Qarabağ ermənilərinin taleyi məsələsi Bakının daxili məsələsidir, heç kim kənardan ona müdaxilə edə bilməz. Digər etnoslar hansı hüquq və azadlıqlara malikdirsə, Azərbaycanda ermənilər də eyni səviyyədə hüquq və azadlıqlara malik olacaqlar”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO