"Fransada 3 layihəm ləğv edildi” - Reza Deqqati

Hazırda oxunan: "Fransada 3 layihəm ləğv edildi” - Reza Deqqati

12031

"Təəssüf ki, dünyada Xocalı soyqırımı kimi faciələr çox olub və mən bunların bəzilərinə şahidlik etmişəm".

Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində mətbuat nümayəndələri ilə görüşü zamanı dünyaca məşhur fotoqraf Reza Deqqati səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

«Ermənilər qəbirləri ekskavatorla qazıb, qızıl axtarıblar» - Məşhur fotoqraf


O, Xocalı faciəsinin həm də bir gecədə baş verdiyi üçün dəhşətli olduğunu vurğulayıb:

"Qadınların qarnının kəsilməsi, uşaqların öldürülməsi, insanların diri-diri gözlərinin çıxarılması nağıl deyildi, bunu mənə faciənin şahidləri, iştirakçılar danışırdılar".

Xocalı soyqırımını dünyaya çatdırdığı üçün dəfələrlə ermənilərin təhdidi ilə üzləşdiyini deyən R. Deqqati təzyiqlərin indi də davam etdiyini vurğulayıb:

"Azərbaycanda işlədiyim bu 4 ay  müddətində Fransada 3 layihəm ləğv edilib. Ermənilər bu müharibədə uduzduqdan sonra indi də informasiya müharibəsinə başlayıblar.

Onların da qurbanlarından biri mənəm. Lakin bununla belə haqq söz deməkdən çəkinməyəcəm.

Hesab edirəm ki, mən Azərbaycan tarixinə bağlıyam, ona görə də bu işləri görməyi özümə borc bilirəm.

Və hazırda bütün işlərimi kənara qoyub yalnız Qarabağın işğaldan azad edilmiş ərazilərini kəndbəkənd çəkib tarixə köçürmək və daha sonra bunun əsasında sərgi, sənədli film etmək istəyirəm". 

Dünya şöhrətli fotoqraf Qarabağ müharibəsində istifadə etriyi fotokamerasını satışa çıxaracağını, əldə edilən gəliri “YAŞAT” Fonduna köçürəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO