Paşinyan qohum-əqrabası ilə mitinq keçirdi - FOTO

Paşinyan qohum-əqrabası ilə mitinq keçirdi - FOTO

Hazırda oxunan: Paşinyan qohum-əqrabası ilə mitinq keçirdi - FOTO

12021

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Gümrü şəhərində tərəfdarları ilə birlikdə mitinq keçirib.

Bizim.Media Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumat verir ki, Müxalif Vətəni Qurtuluşu Hərəkatının nəzərə tutulan 20 fevral nümayişi ərəfəsində Nikol Paşinyan öz tərəfdarları ilə mitinq keçirməyə qərar verməsi erməni ictimaiyyətində ciddi marağa səbəb olub. 

MÖVZU İLƏ BAĞLI:

Erməni deputat: “Paşinyan ölkəni vətəndaş müharibəsinə sürükləyir”


Məlumatlara görə, miqtinqdə cəmi 300 nəfər iştirak edib.

Onların əksəriyyəti hökümət mənsubları, hakim “Mənim Addımım” fraksiyasının deputatları, incəsənət xadimləri, Paşinyanın yaxın ətrafı və qohumları, eyni zamanda fərqli bölgələrdən mikroavtobuslarla gətirilmiş şəxslərdən ibarət olub.

Məlumata görə, mitinq iştirakçılarından bəziləri Paşinyanı II Qarabağ müharibəsinin ''qəhrəmanı'' adlandırıb və Ermənistanın müharibədə qalib gəlməsi ilə bağlı şüarlar səsləndiriblər.

Mitinqdə iştirakçıları qorumaq üçün çoxsaylı polis və hərbiçinin də cəlb olunduğu da qeyd olunur. 

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO