Aktyor Kamran: “Türkiyəyə geyim və qida məhsullarının göndərilməsi dayandırılır” - VİDEO

Aktyor Kamran: “Türkiyəyə geyim və qida məhsullarının göndərilməsi dayandırılır” - VİDEO

Hazırda oxunan: Aktyor Kamran: “Türkiyəyə geyim və qida məhsullarının göndərilməsi dayandırılır” - VİDEO

119469

Xəbər verdiyimiz kimi, Türkiyədə zəlzələdən zərərçəkmiş şəxslərə yığılan yardımlar ötən gündən etibarən həm Heydər Əliyev adına İdman Kompleksində, həm də Bakı Əl Oyunları Sarayında cəmləşib. 

Bizim.Media xəbər verir ki, aktyor Kamran Ağabalayev sosial şəbəkə hesabında yaydığı növbəti videomüraciətində yardım göndərən şəxslərə səslənib. 

Sənətçi bildirib ki, yardımlara daxil olan müxtəlif növ geyim və qida məhsulların göndərilməsi dayandırılır: 

“Hörmətli izləyicilər, Türkiyədən aldığımız ən son məlumata görə, hazırda geyim və qida məhsulların göndərilməsi dayandırılır. Əsasən isə güc verilir konteyner və isidici cıhazların alınmasına. Ortalama bir konteynerin giyməti 70 min lirə (təxminən 6321 manat), isidici cıhazların qiyməti isə 600-1000 lirə arasında (təxminən 54-90 manat) dəyişir. Yardım etmək istəsəniz mənimlə əlaqə saxlayın”. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO