ÜST koronavirusun Uhana necə daxil ola biləcəyini izah etdi

ÜST koronavirusun Uhana necə daxil ola biləcəyini izah etdi

Hazırda oxunan: ÜST koronavirusun Uhana necə daxil ola biləcəyini izah etdi

11838

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Çinin Uhan bölgəsinə səfərlərini başa vuraraq araşdırmalarının nəticələrini elan ediblər. 

Heyvan xəstəlikləri üzrə mütəxəssis Piter Daszak koronavirusun heyvan fermasına düşən yarasalar arasında əvvəlcə Çinin cənubunda və Cənub-Şərqi Asiyada yayıla biləcəyi ehtimalını irəli sürüb.

Bizim.Media xəbər verir ki, o, bu fikri "The New York Times" -a verdiyi müsahibəsində deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus Çindən yayılmayıb - ÜST-dən ziddiyyətli açıqlama


"Mən orada çoxlu virus daşıyıcısı heyvanla rastlaşdım, porsuqlar, itlər hamısı qarışıqdır. Bu heyvanlar yarasalardan yoluxa bilərdi". 

O əlavə edib ki, bu cür fermalarda işləyən insanlar virusu yoluxdurub gətirə bilərlər, ya diri və ya ölmüş heyvanlara bazara gətirdikləri an bu baş verə bilərdi.

"Bu, Xuanın heyvan və dəniz məhsulları bazarında və ya Uhanın digər bazarı olsun, bu bazarlarda sıxlıq həddindən artıq çoxdur, yoluxma sayının sürətli artımı üçün çox münbit yerlərdir”, - deyə Daszak bildirib.

Onun sözlərinə görə, ÜST-ün mütəxəssisləri Çində məxfilik siyasətinə görə xəstəliklə bağlı məlumatların bir hissəsini təəsüf ki, ala bilməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO