Yaponiyada zəlzələdə xəsarət alanların sayı 144 nəfərə çatdı - YENİLƏNİB

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 144 nəfərə çatdı - YENİLƏNİB

Hazırda oxunan: Yaponiyada zəlzələdə xəsarət alanların sayı 144 nəfərə çatdı - YENİLƏNİB

11785

Yaponiyada ötən gün baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 144 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı ölkənin İctimai Televiziyası məlumat yayıb. 

Yaponiyanın Milli Meteorologiya İdarəsi həftə ərzində yenidən bir neçə dəfə zəlzələnin olacağı barədə sakinləri xəbərdar edib. 

***

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 124 nəfərə çatıb.

Bizim.Media məlumat verir ki, bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb.

Yaralıların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.

Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,13 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub. Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib ki, zəlzələ nəticəsində nüvə obyektlərinə ziyan dəyməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO