"İran səfirləri qovulsun" - İsveçin Avropa Parlamentindəki nümayəndəsi

Hazırda oxunan: "İran səfirləri qovulsun" - İsveçin Avropa Parlamentindəki nümayəndəsi

113370

İsveçin Avropa Parlamentindəki nümayəndəsi İran səfirlərinin Avropa Birliyindən çıxarılmasını tələb edib. 

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, Əbir Əl Səhlani bunun Tehran hökumətinin Fransaya qarşı təhdidlərinə cavab olaraq həyata keçirilməsini istəyib. 

“İran hökumətinin karikaturaya görə başqa bir ölkəni təhdid etməsi sadəcə gülüncdür və mollaların nə qədər qorxduğunu açıq şəkildə göstərir”- deyə, o yazıb. 

Qeyd edək ki, Fransanın "Şarli Ebdo" nəşri son sayında İran liderinin ölkədə xalq etirazlarının yatırılmasındakı rolu ilə bağlı karikaturalarını dərc etdikdən sonra Tehran rejimi Fransanı təhdid edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO