İlin yekunları:

İlin yekunları: "Qarabağ"ı dayandıra bilən klub tapılacaqmı? - VİDEO

Hazırda oxunan: İlin yekunları: "Qarabağ"ı dayandıra bilən klub tapılacaqmı? - VİDEO

111923

Futbol üzrə Azərbaycan çempionatında 18-ci turla 2022-ci ilə yekun vurulub.

Bizim.Media xəbər verir ki, gözlənildiyi kimi hazırkı çempion “Qarabağ” qış çempionu olub.

Ağdam təmsilçisi ən yaxın rəqibi olan “Sabah”ı 7 xal qabaqlayır. Düzdür, son vaxtlar Qurban Qurbanovun komandasında müəyyən eniş hiss olunur. Amma mövsümün onlar üçün çox gərgin keçdiyini nəzərə alsaq, belə vəziyyət gözləniləndir.
Müəyyən xal itkiləri olsa belə komanda turnir cədvəlindəki xal fərqini qoruya bilib. “Qarabağ” yəqin ki, bu mövsümdə də çempionluğu əldə etmək üçün ciddi çətinlik çəkməyəcək.  

Bəs görəsən "Qarabağ"ı dayandıra bilən klub tapılacaqmı? Azərbaycan çempionatında bu ilin yekunları barədə hazırladığımız videomaterialı təqdim edirik.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO