Gənc boksçuların Azərbaycan çempionatında yarımfinalçıları bəlli oldu

Gənc boksçuların Azərbaycan çempionatında yarımfinalçıları bəlli oldu

Hazırda oxunan: Gənc boksçuların Azərbaycan çempionatında yarımfinalçıları bəlli oldu

110791

Gənc boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. 58 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın V günündə 33 döyüş baş tutub.

Bizim.Media xəbər verir ki, 9 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Yeniyetmə və gənc qızlar, həmçinin qadınlar arasında Azərbaycan çempionatında isə final döyüşləri təşkil olunub. Həlledici görüşlərin yekununa əsasən 6 çəki dərəcəsində ölkənin ən güclü boksçuları bəlli olub.
Qeyd edək ki, çempionatın VI günündə yarımfinal döyüşləri keçiriləcək. Bununla yanaşı, qız boksçular da rinqə çıxacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO