"Cəbrayıl ruhlar şəhəri olub" - Britaniya səfiri

Hazırda oxunan: "Cəbrayıl ruhlar şəhəri olub" - Britaniya səfiri

10993

"Görünür ki, Cəbrayıl keçmişdə gözəl və kiçik şəhər idi. Lakin o, 30 il əvvəl müharibəni görmüş şəhərdir”.

Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayıl şəhərində vəziyyətlə tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Cəbrayıl hazırda böyük dağıntılar içərisində ruhlar şəhəri kimidir:

“Bu, mənim Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgəyə ilk səfərimdir.

Buranı görmək mənim üçün maraqlıdır. Kənardan baxdıqda bura  kiçik bir şəhərə bənzəyir. Lakin yaxınlaşdıqda gördük ki, bura tamamilə dağıdılıb və ruhlar şəhəri olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO