Bir neçə gündür yağan intensiv yağışlar Lənkəranda problemlərə yol açıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, şəhərin mövcud kanalizasiya sisteminin yarasız olması problemin başlıca səbəblərindən biridir.
Belə ki, bəzi küçələrdə su axarlarının ya olmaması, ya da kimlərsə tərəfindən qarşısı kəsildiyindən yağış suları həyətlərə dolur. Şəhərin Azad İsmayılov küçəsində vəziyyət daha acınacaqlıdır. Sakinlər deyir ki, su axarları üçün bir neçə dəfə kanalizasiya sistemini qurmaq istəyiblər.
Amma sonradan yarımçıq saxlanılıb. Buna görə də kanalizasiya sistemi yağış sularını normal ötürmədiyindən, xəndəklər dolur, izafi sular yaşayış evlərin zirzəmilərinə, həyətlərinə yığılır və yolları keçilməz edir. Küçənin bir tərəfindən qarşı tərəfə keçmək olmur.
Sakinlər onu da bildirirlər ki, bura yeni köçənlər su axarlarını hər yerdən bağlayıblar. Aidiyyəti orqanlardan da gəlib əraziyə baxış keçiriblər. Amma bir nəticəsi olmayıb.
Lənkəran ŞİHB müavini Vüqar Məmmədov bu gün adı çəkilən ünvanda olub. Sakinlərin qaldırdığı məsələləri dinləyib. O, bildirib ki, xəndəklərin təmizlənməsi üçün küçəyə qrup göndəriləcək:
“Əlverişli hava şəraiti imkan verdikdə, buranın kanalizasiya sistemi yenidən qurulacaq”.
Qeyd edək ki, Lənkəran şəhərinin mövcud kanalizasiya sistemi 20 min əhali üçün nəzərdə tutulmaqla, ötən əsrin 60-70-ci illərində çəkilib. Hazırda şəhər əhalisinin sayı 80 minə çatdığından, kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var.
Bizim.Media
![Lənkəranda həyətləri su basdı Lənkəranda həyətləri su basdı](https://bizim.media/file/articles/2022/12/06/1670305940_66a.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:50 / 06.12.2022
Lənkəranda həyətləri su basdı
Hazırda oxunan: Lənkəranda həyətləri su basdı
Hazırda oxunan: Lənkəranda həyətləri su basdı
108070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12