Avropa Komissiyası Aİ-nin 61 layihəsini DƏYƏRLƏNDİRİR – 1,2 milyard avro AYIRACAQ  

Avropa Komissiyası Aİ-nin 61 layihəsini DƏYƏRLƏNDİRİR – 1,2 milyard avro AYIRACAQ  

Hazırda oxunan: Avropa Komissiyası Aİ-nin 61 layihəsini DƏYƏRLƏNDİRİR – 1,2 milyard avro AYIRACAQ  

108044

Avropa Komissiyası (AK) müdafiə sahəsində 61 birgə elmi-tədqiqat layihəsinə 1,2 milyard avro ayırmağı planlaşdırdığını açıqlayıb. 

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə AK sədrinin icraçı müavini Marqrete Vestaqer məlumat verib. 

“Seçilmiş yüksək keyfiyyətli layihələr göstərdi ki, Avropada geniş miqyasda hərbi-sənaye əməkdaşlığı həqiqətən həyata keçirilə bilər. Aİ vəsaitləri ilə innovativ yeni nəsil müdafiə texnologiyalarını araşdıracaq və hazırlayacaq 700-ə yaxın şirkət dayanıqlı və rəqabətədavamlı sənaye bazası formalaşdıracaq”, - deyə sədr müavini bildirib. 

Onun sözlərinə görə, maliyyələşdirmə üçün müraciətlərin seçilməsi üzrə ilk müsabiqənin keçirildiyi Avropa Müdafiə Fondunun proqramı Aİ-nin bütün istehsal-istehlak zəncirini əhatə edir. 
AK kommünikesində deyilir ki, fond yeni nəsil qırıcılar, tanklar və gəmilər, eləcə də mühüm müdafiə texnologiyaları kimi yüksək səviyyəli müdafiə layihələrini dəstəkləyəcək: 

“Seçilmiş təkliflərin həyata keçirilməsində Aİ-nin 26 üzv ölkəsi və Norveçdən olan 700-ə yaxın hüquqi şəxs iştirak edəcək. Layihələr həm də gücləndirilmiş müdafiə əməkdaşlığı ilə diqqət çəkir - hər birində 8 dövlətdən orta hesabla 18 təşkilat var.

AK həmçinin kiçik və orta müəssisələrin əhəmiyyətli iştirakını da vurğulayır: bir sıra təkliflərdə onlar bütün cəlb edilmiş müəssisələrin 40%-dən çoxunu təşkil edir və tələb olunan ümumi maliyyələşdirmənin təxminən 20%-ni alacaqlar”. 
Qeyd edək ki, AK-nın müvafiq xidmətləri seçilmiş istehsalçılarla qrant müqavilələri hazırlamağa başlayacaq. Bu müqavilələrin ilin sonuna qədər imzalanması gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO