PSJ Messiyə yeni müqavilə təklif edəcək

PSJ Messiyə yeni müqavilə təklif edəcək

Hazırda oxunan: PSJ Messiyə yeni müqavilə təklif edəcək

107330

Fransanın PSJ klubu futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edəcək.

Bizim.Media “Goal.com”a istinadən xəbər verir ki, Paris təmsilçisi Qətərdə keçirilən dünya çempionatından sonra Argentina millisinin kapitanı ilə rəsmi danışıqlara başlayacaq.

PSJ rəhbərliyi müqavilə müddəti mövsümün sonuna qədər olan 35 yaşlı ulduz hücumçunu daha iki il komandada saxlamağa çalışacaq. Messi təklifi müsbət cavablandırsa, sözləşməsi 2025-ci ilin yayınadək uzadılacaq.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya “Barselona”sından keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO