Xəbər verdiyimiz kimi, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Kənan Hafiz oğlu Nuriyev odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.
Bizim.Media-nın əldə etdiyi informasiya görə, o, 2003-cü ildə Beyləqan rayonunun Örənqala qəsəbəsində doğulub.
MÖVZU İLƏ BAĞLI:
DSX-nin hərbçisi odlu silahla özünə xəsarət yetirdi
Kənan hərbi xidmətə 2021-ci ilin oktyabr ayında gedib.
Aytəkin Alxaslı, Bizim.Media