Zahid Oruc: “Məğlubiyyət səhifələri artıq qapanıb” - VİDEO

Zahid Oruc: “Məğlubiyyət səhifələri artıq qapanıb” - VİDEO

Hazırda oxunan: Zahid Oruc: “Məğlubiyyət səhifələri artıq qapanıb” - VİDEO

103107

“Azərbaycan xalqı Qələbə bayramını qeyd edir. Məğlubiyyət səhifələri artıq qapanıb, qürurlu Zəfər təqvimini yaşayırıq”.

Bizim.Media xəbər verir ki millət vəkili Zahid Oruc 8 noyabr ZƏFƏR GÜNÜ münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə belə deyib.

O bildirib ki, ölkəmiz özünün müstəqillik tarixində ilk dəfədir ki, güclü liderə, vahid xalqa və monolit orduya malikdir.

Parlamentin üzvü vurğulayıb ki, “Zəfərə qədər və sonra”, “işğala qədər və sonra” ifadəsi millətimiz üçün yeni eraya, 3-cü minilliyə keçid tarixidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən hər il 8 noyabr Zəfər günü kimi qeyd olunur.
Ətraflı REAL TV-nin süjetində:

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO