Söz verdi, müharibədən ata yurduna qayıtdı - Amma ŞƏHİD KİMİ – FOTO

Söz verdi, müharibədən ata yurduna qayıtdı - Amma ŞƏHİD KİMİ – FOTO

Hazırda oxunan: Söz verdi, müharibədən ata yurduna qayıtdı - Amma ŞƏHİD KİMİ – FOTO

102081

Qusarın Yuxarı Zeyxur kəndində Vətən Müharibəsi şəhidi Famil Pirvələdov anılıb.

Bizim.Media xəbər verir ki, 25 yaşında Vətən Müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Familin doğmaları, tanıyanlar, hərbçi yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.

Atası Teyfur Pirvələdov oğlunun hərbi xidmətdən sonra 2016-cı ildən taleyini birbaşa hərbə bağladığından danışıb:

"Dörd ilə yaxın idi ki, hərbidə çalışırdı. Amma bu müddətdə heç vaxt çətinlikdən danışmadı. Müharibədə olanda da bizə həmişə "Yaxşıyam,irəliləyirik.Allah qoysa, torpaqları alıb gələcəyəm, narahat olmayın" deyirdi".

Famil Pirvələdov elə dediyi kimi də etdi. Erməni əsarətində olan torpaqları alıb  ata-baba yurduna qayıtdı, amma şəhid kimi.

Yuxarı Zeyxur qəbristanlığında torpağa tapşırılan Vətən Müharibəsi şəhidi Famil Pirvələdovu yad edənlər arasında Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri ictimai birliyinin Qusar filialının, Qusar RİH-nin əməkdaşları da olub.

Onlar şəhidin valideynlərinə belə iğid oğulla yalnız "fəxr etməlisiniz, öyünməlisiniz” sözlərini deyiblər.

Qeyd edək ki, Famil Pirvələdov döyüş xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb. 

Şəhid Famil subay idi. Ruhu şad olsun!

Aytəkin Alxaslı, Buzim.Media, Şimal bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO