Quba rayonunun İkinci Nügədi kəndində məscid yanıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Hacı Seyid Siracəddin məscidində bu gün səhər saat 5 -ə işləmiş yanğın baş verib.
İkinci Nügədi kəndinin imamı Hacı İlkin Qayıbov Bizim.Media-ya faktı təsdiqləyərək məscidin söndürülməsinə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən avtomobili cəlb olunduğunu deyib.
Alov güclü olduğundan məscid tamamilə yanıb, yalnız divarları qalıb. Yanğınsöndürənlər alovu söndürüblər.
İlkin ehtimala görə, məscid qaz sızmasından yanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Multimedia
10:51 / 01.03.2026
Qubada məscid tamamilə yandı - ÖZƏL - VİDEO
Hazırda oxunan: Qubada məscid tamamilə yandı - ÖZƏL - VİDEO
Hazırda oxunan: Qubada məscid tamamilə yandı - ÖZƏL - VİDEO
598945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































