Qonşusunun evindən oğurluq etdi, iz itirmək üçün bu yola əl atdı –VİDEO

Qonşusunun evindən oğurluq etdi, iz itirmək üçün bu yola əl atdı –VİDEO

Hazırda oxunan: Qonşusunun evindən oğurluq etdi, iz itirmək üçün bu yola əl atdı –VİDEO

574494

Şəki rayonunun Vərəzət kəndində oğurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, gecə saatlarında evlərdən birinə daxil olan naməlum şəxs əvvəlcə oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını, eləcə də 2 min manata yaxın pulu ələ keçirib və daha sonra iz itirmək məqsədilə həmin evi yandırıb.
 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, 30 yaşlı Elmin Camalov saxlanılıb.


O, evdə heç kimin olmamasından istifadə edərək həmin ünvana daxil olduğunu və əməlini həyata keçirdikdən sonra oğurluq etdiyi otağı yandırdığını bildirib.

Oğurlanmış pul və qızıl-zinət əşyaları saxlanılan şəxsin avtomobilindən, eləcə də işlədiyi bərbərxanadan aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO