Prezidentin dinlədiyi mahnının ifaçısı DANIŞDI: “Ən gec mən bildim” - VİDEO

Hazırda oxunan: Prezidentin dinlədiyi mahnının ifaçısı DANIŞDI: “Ən gec mən bildim” - VİDEO

42744

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.

Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Zəngilan səfərindən daha bir görüntü paylaşıb.

Sözügedən görüntülərdə İlham Əliyev Azərbaycan radiosunda müğənni İlhamə Qasımovanın ifa etdiyi Aslan Abdullayevin sözlərinə və Elza İbrahimovanın bəstəsinə yazılmış “Ey vətən” mahnısını dinləyir.

Bizim.Media xəbər verir ki, müğənni İlhamə Qasımova AzTv-nin canlı efirində prezident tərəfindən ifa etdiyi “Ey vətən” mahnısının dinlənilməsi ilə bağlı təssüratlarını bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Zəngilanda hansı radioya qulaq asdı? - Araşdırma


“Düzü ən gec xəbəri olan mən oldum. Gecəyarısı hamı mənə yazırdı. Sadəcə hisslərimi ifadə edə bilmirəm. Mahnının məhz azad olunmuş o torpaqlarda dinlənilməsi qürurludur. İlk dəfə bu mahnını Respublika günündə Xınalıqda ifa etmişdim. Hər zaman deyirdim ki, nə gözəl vətənpərvər mahnım var və o vaxt çox arzulayırdım ki, torpaqlarımız azad olunandan sonra həmin mahnını orada oxuyum. Elə bil ki, ifa etmiş oldum. Mənim üçün böyük şərəfdir”,- deyə müğənni hisslərini davam etdirə bilməyib.

Alçina Amilqızı, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO