Mahir Polşada tarix yazır - VİDEO

Hazırda oxunan: Mahir Polşada tarix yazır - VİDEO

26037

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti qolunu vurub. 

Bizim.Media xəbər verir ki, 24 yaşlı hücumçu Rusiya "Krasnodar"ı ilə yoldaşlıq matçında fərqlənib. Emreli 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb. 

Bundan başqa Mahir komandasına bir penalti qazandırıb. Lakin Filip Mladenoviç penaltini qola çevirə bilməyib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, daha əvvəl "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO