Bakıda Beynəlxalq Piano Festivalı keçiriləcək - İlk dəfə

Hazırda oxunan: Bakıda Beynəlxalq Piano Festivalı keçiriləcək - İlk dəfə

74919

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 20-dən 27-dək Bakıda ilk dəfə Beynəlxalq Piano Festivalı keçiriləcək. 

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib. 

Bildirilib ki, I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək.

Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb. 

Festival klassik musiqi sədaları ilə açılacaq. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konserti səslənəcək. 
Festivalın bağlanışı maestro Şahin Növrəslinin çoxdan gözlənilən konsertidir. Caz, klassik və muğamın çılğın vəhdəti, istənilən tamaşaçını heyran edəcək ifa tərzi. Festivalın şüarı: "Piano sizə ilham versin!" 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO