Azərbaycan Televiziyası Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunmuş televiziya filmi hazırlayıb.
Bizim.Media-nın məlumatına görə, filmdə nadir kadrlar yer alıb. Belə ki, Ulu Önədər öz təşəbbüsü ilə 1971-ci ildə yaradılmış liseyin 1973-cü ildəki ilk buraxılışında iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Heydər Əliyevin bu gün nadir kadrları nümayiş olunacaq – AzTV-də
Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunub.
“Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur.
Bizim.Media