Heydər Əliyevin bu gün nadir kadrları nümayiş olunacaq – AzTV-də

Hazırda oxunan: Heydər Əliyevin bu gün nadir kadrları nümayiş olunacaq – AzTV-də

18953

Azərbaycan Televiziyası (AzTV) Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunan televiziya filmi hazırlayıb.

Bizim.Media bu haqda məlumatı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Mənbə bildirir ki, “Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb.

Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib.

Filmdə nadir kadrlar da yer alıb. Belə ki, lisey 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Ümummilli lider 1973-cü ildə təhsil müəssisəsinin ilk məzun buraxılışında iştirak edib. Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunacaq.

Xatırladaq ki, 2019-cu ildə liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Həmin açılışdan olan kadrlar da filmdə əks olunacaq.

“Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur.

Sənədli film bu gün - aprelin 24-ü saat 18:30-da AzTV-də yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO