Leyla Əliyeva və Arzu Əliyeva sərginin açılışında - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva sərginin açılışında - FOTO

178241

Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb.

Bizim.Media xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Sərgidə rəssam Kojo Marfonun əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhvali-ruhiyyəsi bəxş edən 20-dən çox əsəri nümayiş olunub.
Qeyd edək ki, Kojo Marfo Londonda yaşayan qanalı rəssamdır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib.

Çoxsaylı səyahətlər də Marfonun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks edilməsinə səbəb olub. Marfonun yaradıcılığı ilə tanışlıq mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.

Kojo Marfonun sənət əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO