Stressdən xilas olmağın ən sadə yolları– Xoşbəxtlik düsturları

Stressdən xilas olmağın ən sadə yolları– Xoşbəxtlik düsturları

Hazırda oxunan: Stressdən xilas olmağın ən sadə yolları– Xoşbəxtlik düsturları

260260




XXI əsr informasiya, sürət, elm və texnologiya əsridir. Bu gün hər hansı aktiv şəxsin gün ərzində aldığı informasiyanın həcmi XX əsrdə bir insanın 4-5 ay, XIX əsrdə isə hansısa şəxsin bir neçə il müddətində aldığı məlumatlardan daha çoxdur.

İnformasiya çoxluğu isə xaos yaradaraq, insanı zehni, fiziki, psixoloji baxımdan çökdürür. Bu səbəbdən də yaşadığımız dövrdə insanların tez-tez stressə düşdüyünün şahidi oluruq.

Moderator.azxa0 təqdim edəcəyi yazıda stressdən xilas olmağın bir neçə sadə üsulunu təqdim edir:


Nəfəs müalicələri – Yoqa, meditasiya dərslərində də nəfəs texnikalarına xüsusi önəm verilir. Tam və dərin nəfəs almağın beyinə, ürək-damar sisteminə və qan dövranına müsbət təsir etdiyi çoxdan məlumdur.xa0

Bəs stressdən xilas olmaq üçün nə etməli? Cavab sadədir: Sahili arxanda qoyub, üzü dənizə dururmuş kimi dərin bir nəfəs alıb, sonra yenidən həminxa0 nəfəsi buraxmaq, bunu bir neçə dəqiqə ərzində təxminən, 30 dəfə həyata keçirmək lazımdır. Bu zaman insanıxa0 məyus edən, ümidsizliyə düşürən nə varsa hamsı sanki verdiyimiz nəfəslə bir yerdə yoxa çıxacaq. Bəli, bu həqiqətdir! Sadəcə, sınamaq lazımdır! Lakin geniş və təmiz havası olan yerdə bunu etsək, o zaman effektini görə biləcəyik. Beyinə göndərdiyimiz osigen bizi stressdən qurtaracaq! Sanki ciyərlərimiz təzə hava ilə dolan zaman bütün kainatı içimizdə hiss edəcəyik.

Təlqin – Bir çox pozitiv detalları özümüzə təlqin etməliyik. Məsələn, uğradığımız çətinliyin qısa müddətli olduğunu dönə-dönə xatırlamalıyıq. Beyinə təlqin metodu ilə yolladığımız siqnallar bizim ovqatımıza birbaşa təsir edir.xa0 İnanmalıyıq ki, hər zaman və hər yerdə bir yaşıl işıq var.xa0 Əgər bizi dayandıran qırmızı işıqla qarşılaşdığımızı hiss ediriksə, təlaşlanmayaq. Yaşadığımız hər çətinliyin müvəqqətiliyini unutmadıqca, güclənib, üzərimizdəki stressi məhv edəcəyik.xa0xa0


Yuxu – Bəli, yuxunun da stressi atmaqda önəmi çox böyük. Amma bir şərtlə: niam-intizamlı və ifrata varılmayan yuxu. Unutmayaq, artıq yuxu insanı bir az da depressiyaya salmaq gücündədir. Amma yuxunu vaxtlı-vaxtında bölüşdürsək, yəni, yuxu bizə qonaq gəldiyi məqamda yatsaq, hər şeyi unutsaq, oyandıqda sanki yeni və bam-başqa dünyaya gəldiyimizin fərqində olacağıq.xa0
Məsələn, televizorda maraqlı bir film izlədiyimiz zaman yuxu bizi tutursa, o zaman tərəddüd etmədən beynimizi yuxuya təslim etməliyik. İnanın, qəfil gələn yuxu beyinin və qan dövranının xilası, stressin isə qənimdir.xa0


Qida – Daha doğrusu, qida yox, düzgün qidalanma... İnsanı stressə salan məqamlardan biri də yediyi-içdiyi qidalardı. Xüsusən dəxa0 çay - kofe içərkən diqqət edək. Çörəyi və digər xəmir məmulatlarını bacardığımız qədər azaldaq. Çox qida, daha çox ağırlıq deməkdir. Rahatlıq və stressislik cismani yüngüllükdədir. Hava şarlarının uça bilməsi üçün yüklərini atdıqlarını unutumayaq. Hə, bir dəxa0 tez-tez su içək. Quraq torpaqdan məhsul götürülməyəcəyi kimi, susuz qalmış bədəndən də uğur gözləmək absurtdur.

Günlük və həftəlik proqram – Plansızlıq, qrafikin pozlması və bir işə gec başlamaq böyük stress qaynağı ola bilər. Belə olan halda, həmənxa0 eləməli olduğumuz şey günlük və həftəlik proqram qurmaqdır. Günümüzün xüsusi qrafiklə idarəsi insanı izafi fikir yayğınlığından xilas edəcək.xa0

Hərəkət -xa0 Çalışmağa ara verdiyimiz zaman oturmağa, yaxud uzanmağa tələsməyək. Bu zaman daha da ağırlaşa, heysizləşə bilərik.xa0 Bəs nə edək? Cavab sadədir – Həmən yeriməyə, hərəkətə başlamaq lazımdır!xa0 Yeriyərkən insan daha yaxşı düşünə və daha faydalı qərarlar verə bilir.xa0 Həmçinin,xa0 bu zaman bədənə yayılan isti qanxa0 bizi həmişə təzə və enerjili saxlayacaq.

MODERATOR.AZ


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO