Beynəlxalq Alimlər Qrupu tərəfindən verilən məlumata görə, Günəş sistemində daha bir cırtdan planet aşkarlanıb.
Moderator.az xəbər verir ki, Neptun planetindən sonra yerləşən obyekt Günəş sisteminin ən uzaq planeti hesab edilir.
İxtira Havay adalarında dəniz səviyyəsindən 4204 metr hündürlükdə yerləşən Mauna-Kea vulkanının zirvəsində quraşdırılan Kanada-Fransa-Havay Teleskopu vasitəsiylə əldə olunan məlumatlar əsasında həyata keçirilib.
Qeyd edək ki, bu planetdə bir il Yerin 700 ilindən artıq davam edir.
Obyektin Günəşlə maksimal yaxınlaşması yalnız 2096-cı ildə baş tutacaq. Bu tarixə yaxın bir zamanda astronomlar planet, Günəş sisteminin formalaşması və digər planetlər haqqında yeni məlumatlar əldə etmək imkanı qazanacaqlar.
Elmin Nuri

































































































