“Moskvada it balası kimi döymüşdülər, avtomobildən çılpaq atmışdılar” - Faiqdən SKANDAL AÇIQLAMA 

Hazırda oxunan: “Moskvada it balası kimi döymüşdülər, avtomobildən çılpaq atmışdılar” - Faiqdən SKANDAL AÇIQLAMA 

74170

“Əl çəkdilər məndən. Nifrətləri üçün yeni ünvanlar yarandığı üçün fikirləri nisbətən məndən yayındı”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “O kimdir?” verilişində deyib.  

Xalq artisti yaşlı nəslin nümayəndələrinin gənc ifaçılara tutduğu iradların yersiz olduğunu və onların arxivlərində yatmış çirkin əməllərini gün üzünə çıxardıb.  

“Bəzi yaşlı nəslin nümayəndələri var ki, gənc ifaçılara irad tuturlar, onları alçaqcasına ittiham edirlər. Bir həmkarım onlara çox gözəl cavab vermişdi. Demişdi ki, sənin bəxtin gətirib ki, zamanında “YouTube”, “Facebook” olmayıb. Yoxsa indi “vedrələr” əlindən gəzə bilməzdin. Belə insanların gənc ifaçılara irad tutmaqları gülüncdür. Əvvəllər peşəkarlar arasında yayılardı dedi-qodular. O söz-söhbələri də yalnız yaxın ətraf bilərdi. O da böyük vüsət almırdı.  

Kimi Moskvada kimin bacıları it balası kimi döymüşdü, kimi rayonda avtomobildən çılpaq atmışdılar. Bunları çox az adam bilir. Dedi-qoduya, şaiyəyə arxalanaraq, heç kimin haqqına girmək olmaz. Bu dünya var, o dünya da var axı... Orada cavab verməli olacaqsan. Buradan cavabını yaxşı bitirdin. Amma o dünyada nə edəcəksən? Səni nə qədər “şapalaqlayacaqlar”? Hansı qazanın içində sənə qır hazırlayacaqlar ki, sən orada iliyinə qədər yox olasan”.  

Həmkarları tərəfindən səslənən şərlərə və dedi-qodulara isə Faiq Ağayev belə reaksiya verib:  

“Nə birdir, nə də iki... Hamısı da məndən yan keçir. Çünki məndən deyil. Mənim barəmdədir, amma məndən deyil. Həqiqətə uyğun deyil. Bir artistə geyimə görə irad tutarlar? Artistdir və onun rollarıdır. Bu gün artist “Peyğəmbəri”, sabah isə “İblisi” oynaya bilər”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO