"Paxıllıq etməyin, tez qocalarsınız"

"Paxıllıq etməyin, tez qocalarsınız"

Hazırda oxunan: "Paxıllıq etməyin, tez qocalarsınız"

602619

Əməkdar artist Ədalət Şükürov "Günə bax" verilişində qonaq olub.

Bizim.Media xəbər verir ki, sənətçi insanların yaşlandıqca cavanlara paxıllıq etməməli olduğunu bildirib.

"Həyat, zaman dəyişib. Əvvəl özümüz övlad idik, sonra ana-ata, baba-nənə olduq. Allah hamıya nəvə, nəticə, kötücəni görməyi nəsib etsin. Biz hamımız cavanlıq görmüşük. İndi isə istəyirəm ki, ömrümüz uzun olsun, o yaşlara çataq. Bu, çox çətindir. İndiki zamanda kiminsə 80-90 yaşının olduğunu eşidəndə deyirəm ki, halaldır sənə. Həyat elə tez keçir ki, baxırsan bir də görürsən cavan yaşda insanlar həyatdan köçür. O yaşa çatmaq həqiqətən bir hünərdir. Görürsən ki, 20-25 yaşlı cavan oğlandır, amma yerişi-duruşu 80 yaşlı adam kimidir. Nə hərəkət edə, nə danışa, nə də idman edə bilir. Amma elə insanlar da var ki, 80 yaşında gümrah və sağlamdır.

İnsanlar yaş artdıqca cavanlara paxıllıq etməsinlər, yoxsa tez qocalarlar. Heç kimə paxıllıq etməyin. İnsan o vaxt qocalır ki, həyatdan bezir. Gümrah və şən olun. Bizim dövrümüzdə babalar daha yaşlı görünürdülər, əsalı, saqqallı olurdular. Amma indi elə deyil. Babalar dəyişiblər, həyat tərzləri və geyimləri də fərqlənir".  (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO