Serialın bir bölümündən 62 min 500 manat QAZANIR

Serialın bir bölümündən 62 min 500 manat QAZANIR

Hazırda oxunan: Serialın bir bölümündən 62 min 500 manat QAZANIR

601318

Türkiyədə yayımlanan və reytinqlərdə uzun müddətdir zirvəni qoruyan "Uzak Şehir" serialı təkcə izlənmə göstəriciləri ilə deyil, həm də yüksək büdcəsi ilə diqqət çəkir.

Bizim.Media xəbər verir ki, layihənin televiziya sektorunda ən bahalı seriallardan biri olduğu bildirilir.

Serialın baş rollarından birini canlandıran Ozan Akbabanın yeni mövsümdə aldığı qonorar da gündəm olub. O, ekran işində "Cihan" obrazını canlandırır.
 

İddialara görə, aktyor yeni mövsümdə hər seriya üçün 1 milyon 600 min türk lirəsi məvacib alır. Bu məbləğ təxminən 62 min 500 manat civarındadır.


Qeyd edək ki, Ozan Akbaba-nın yer aldığı "Uzak Şehir" serialı hazırda Türkiyə televiziya məkanında ən çox müzakirə olunan layihələrdən biri hesab olunur. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO