“Telegram”ın qurucusu: “Heç vaxt varlı olmaq istəmirdim” - FOTO/VİDEO

Hazırda oxunan: “Telegram”ın qurucusu: “Heç vaxt varlı olmaq istəmirdim” - FOTO/VİDEO

187575

Uzun illər Dubayda yaşayan “Telegram” sosial şəbəkə platformasının qurucusu, dünyanın zəngin insanlarından biri Pavel Durov jurnalist Taker Karlsona müsahibə verib.  

Bizim.Media xəbər verir ki, Durov müsahibədə ilk dəfə maddi vəziyyətindən və əmlaklarından danışıb.  

Pavel bildirib ki, çoxlarının hesab etdiyi kimi, onun nə təyyarəsi, nə də ki yaxtası var: 

“Mən heç vaxt varlanmağa can atmamışam, bütün həyatım sərbəst olmaqdan ibarət olub. On ildir ki, bank hesabımda və ya “Bitcoin”də bir neçə yüz milyon dollarım var. Və mən bununla bağlı heç nə etmirəm. Daşınmaz əmlakım, təyyarəm, yaxtam yoxdur. Bu həyat tərzinin mənə uyğun olduğunu düşünmürəm”. 
Qeyd edək ki, Pavel Durov 2014-cü ildə Rusiyanı tərk edib, 2017-ci ildən Dubayda yaşayır, elə həmin il “Telegram” sosial şəbəkə platformasının qərargahını Dubaya köçürüb. 2022-ci ildə Pavel Durov BƏƏ vətəndaşlığını alıb. Bundan əlavə, milyarder Rusiya və Fransa ilə yanaşı Karib adalarında yerləşən Sent Kits və Nevis dövlətinin də vətəndaşıdır. 
 





Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO