Tacirin toyunun görüntüləri ilk dəfə efirdə NÜMAYİŞ OLUNDU - VİDEO

Hazırda oxunan: Tacirin toyunun görüntüləri ilk dəfə efirdə NÜMAYİŞ OLUNDU - VİDEO

187499

Müğənni Tacir Şahmalıoğlunun ilk dəfə efirdə toyunun görüntüləri yayımlayıb.

Bizim.Media xəbər verir ki, Kəmalə adlı xanımla ailə quran sənətçinin 29 il əvvəl dekabrın 17-də baş tutan toyundan kadrlar "7 tamam" verilişində nümayiş olunub.

Proqramın canlı efirində qonaq olan Tacir bildirib ki, toyunda bir çox tanınmış incəsənət nümayəndələri iştirak edib:

"Toyum elə vaxta təsadüf etmişdi ki, dizə qədər qar yaşmışdı. Qarlı havaya görə isə bir çox çağırdığım qonaqlar məclisimə gələ bilməmişdilər. Qarlı, çovğunlu hava şəraitinə görə, yollar bağlı idi.

Amma buna rəğmən toyuma Nadir Bayramlı, mərhum Elçin Cəlilov, mərhum Xalq artisti Telman Adıgözəlov, mərhum Əməkdar artist Zöhrə Abdullayeva gəlmişdirlər. Sadaladığım bu sənətkarlar isə mahnılarını oxuyub, çıxıb getmişdirlər. Məclisin sonlarında gördüm ki, oxumağa müğənni yoxdur, mikrofonu əlimə alıb özüm toyumda başladım ifa etməyə. "Görmüşəm, sevmişəm, istərəm səni" mahnısını oxudum".
Verilişin gedişatında T.Şahmalıoğlunun anons edilən toyunun görüntüləri tamaşaçılara təqdim edilib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO