Mətanət: “Aparıcılar pul alaraq, yoldan keçən ifaçını efirə qonaq çağırırlar” – VİDEO 

Hazırda oxunan: Mətanət: “Aparıcılar pul alaraq, yoldan keçən ifaçını efirə qonaq çağırırlar” – VİDEO 

186998

“Fikrim budur ki, sosial şəbəkələrdə olan müğənnilər üçün elə orada da kanal yaradılsın. Onlar yalnız orada çıxış etsinlər. Bu cür müğənnilərin efirdə nə işi var? Bunları aparıcılar efirlərə gətirib-çıxarıb, qoyublar dağ başına. Gəlirəm onların olduğu verilişə, aparıcı isə başlayır onlardan mənə sual verməyə. Sənin nə ixtiyarın var onlardan mənə sual verirsən? Kimsən axı sən? Mən onun oxumaq dərəcəsindəyəm ki, sən onunla bağlı mənə sual verirsən?” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “YouTube”da yayımlanan “Mirinin dibçəyi” verilişində deyib. 

Sənətçi bildirib ki, aparıcıların sosial şəbəkədə populyarlaşan müğənnilər haqqında sual verməsi onu qıcıqlandırır:  

“Aparıcılar, dünən və yaxud da sırağagün küçədən keçən bir oxuyan haqqında mənə sual verirsiniz. O sənin günahındır ki, sosial şəbəkələrdə məşhurlaşan müğənniləri efirə çıxardıb onları işıqlandırırsan. Bu mənim yox, sənin kanalının rəhbərinin günahıdır. Şəxsən mən o aparıcılara bu icazə və ixtiyarı verməmişəm ki, hər yoldan keçən barəsində sual versinlər.

Buradan da deyirəm ki, həmin aparıcılar mənə onlardan sual versələr, ağzıma gələni onlara deyəcəyəm. Vermə! 

Mən bu kimi şeylərdən qıcıqlanan insan deyiləm. Axı niyə gül kimi vaxtımı onlara sərf etməliyəm? Kimdirlər onlar? O aparıcılar belə suallar verirlər ki, verilişləri baxımlı və reytinqli olsun. Sual verəcəklər, paylarını da alacaqlar. Bunu mənə etmək olmaz. O aparıcılara da əvvəlcədən xəbərdarlıq etmişəm ki, mənim səbr kəsamı daşırmayın”.  

M.Əsədova vurğulayıb ki, aparıcılar müəyyən ödənişlə ifaçıları efirə çıxarırlar:

“Efirlərdən qətiyyən razı deyiləm. Televiziyalarda belə bir qayda çıxıb “paketlə müğənni”. “Paketlə” nə zamandan müğənni olub? Paketlə pul ödəyirlər, efirlərə çıxırlar. Aparıcını rəhbərlər “paketlə” qoyublar işə? Rəhbər sənə maaş verir. Aparıcı “paket” qoyub, yoldan keçəni efirə qonaq çağırır. Yığışdırın bunları. Ödənişlə efirə çıxan müğənniləri qəti şəkildə qəbul etmirəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO