Natiq Şirinovun qızının toyunda YAŞANANLAR - FOTO/VİDEO  

Hazırda oxunan: Natiq Şirinovun qızının toyunda YAŞANANLAR - FOTO/VİDEO  

186776

Xəbər verdiyimiz kimi, ötən axşam Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyu olub. 

Bizim.Media xəbər verir ki, Semih adlı bəylə ailə quran nağara ustadının övladının məclisinə şou-biznesin məşhur simaları axın edib. 

Toy bir çox məqamlarla yadda qalıb. Məclisə daxil olan bəy və gəlin led işıqları altında rəqs ediblər.  

Xalq artisti “Natiq” ritm ansablı ilə möhtəşəm çıxışı ilə məclisi açıq elan edib. Şirinovun oğlu Ümidin bacısının toyunda nağara alətində ifası isə qonaqlar tərəfindən maraqla qarşılanıb. 
Ramazan bayramına təsadüf etdiyi üçün toyda canlı olaraq “Azan” oxunub. Toyun aparıcılığı Nəsib Nura həvalə edilib. N.Şirinovun qudası Xalq artisti Alim Qasımovun çıxışı isə məclisə xüsusi rəng qatıb. Qasımov avazı ilə qonaqları valeh edib. 

Qonaqlar sırasında yer alan Xalq artistiləri Nazpəri Dostəliyeva, Eyyub Yaqubov, Faiq Ağayev və Tünzalə Ağayevanın ifaları ilə məclisi coşdurublar. 

Toyda yaşanan həmin anları sizə təqdim edirik: 
 





















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO