Ayandan gündəm yaradacaq PAYLAŞIM: "Dünyama xoş gəldin həyatımın adamı" - FOTO

Hazırda oxunan: Ayandan gündəm yaradacaq PAYLAŞIM: "Dünyama xoş gəldin həyatımın adamı" - FOTO

186702

Müğənni Ayan Babakişiyeva növbəti paylaşımı ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, sənətçi ağ köynəkdə bir bəylə çəkilən səmimi fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Şəkildə Babakişiyevanın başını həmin bəyin çiyninə qoyduğu əks olunub. Lakin həmin şəxsin üzünü Ayan gizlədib.
Müğənni sözügedən paylaşıma "Həm bu dünyaya, həm də mənim dünyama xoş gəldin, həyatımın adamı. Səni sevirəm" şərhini yazıb.

Beləcə Ayan həmin bəyin onun sevgilisi olduğuna işarə edib.

Qeyd edək ki, A.Babakişiyeva illər əvvəl karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevlə ailəli olub. Cütlüyün bu nikahdan Selana adlı bir qız övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO