Hadisə Ramazan bayramını anası ilə birgə keçirdi - FOTO

Hazırda oxunan: Hadisə Ramazan bayramını anası ilə birgə keçirdi - FOTO

186673

Türkiyənin pop ulduzu Hadisə anası Gülnihal ilə bağlı diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi Ramazan bayramını anası ilə birgə keçirib. 

Tətilə yollanan Hadisə təbiət qoynunda “Ana-bala” çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Müğənni sözügedən paylaşımına “ Hər kəsə sevdikləri ilə birlikdə hüzur dolu, sağlıqlı bir bayram diləyirəm” şərhini yazıb. 
Qeyd edək ki, müğənninin anası Gülnihal 2018-ci ildə intihara cəhd etdikdən sonra Hadisə ilə böyük bacısı və meneceri Hülya Açıqgöz mübahisə edərək işbirliklərinə son qoyublar. Bacıların qalmaqalı hətta məhkəməyə kimi gedib çıxıb.   

Hadisənin modelyerlik edən kiçik bacısı Dərya karyerasını ikinci plana keçirərək anası ilə Belçikaya köçüb. Bundan sonra Türkiyə mətbuatı bacılar arasında yeni qalmaqal yaşandığını, ailənin Hülyadan üz döndərdiyini yazıb.   











Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO