İrina Şeyk paylaşdığı FOTOSU ilə heç vaxt plastik əməliyyat etdirmədiyini GÖSTƏRDİ

Hazırda oxunan: İrina Şeyk paylaşdığı FOTOSU ilə heç vaxt plastik əməliyyat etdirmədiyini GÖSTƏRDİ

186650

İrina Şeyk planetin ən gözəl qadınlarından biridir. Onun qüsursuz görünüşü ona milyonlarla müqavilə və supermodel statusu gətirir. Çoxlarının İrinanın plastik əməliyyatdan şübhələnməsi təəccüblü deyil. Tənqidçilər hesab edirlər ki, Şeyk burnunun formasını dəyişib, həmçinin yanaq sümüklərini vurğulamaq və üzünü daha qabarıq göstərmək üçün “bişanin” əməliyyatını keçirib. Onun dodaqlarınında cərrahi müdaxilələyə məruz qaldığı söylənilir. Çoxları modelin təbiətdən belə gözəl bir forma almadığına əmindir. 

Bizim.Media xəbər verir ki, supermodel sosial şəbəkədəki səhifəsində ailə arxivindən foto yayımlayaraq bütün tənqidlərə cavab verib.  

Lentə alınan ağlı-qaralı şəkildə sentyabrın 1-də birinci sinfə gedən İrinanın ağ önlükdə parta arxasında oturması əks olunub .  

Son illər İrinanın üz cizgilərinin heç dəyişmədiyini görmək asandır: eyni burun forması, eyni gözəl, parlaq dodaqlar. 

 “Bunu həkiminizə göndərin” deyə Şeyk, fotoya istehza ilə şərh yazıb. 
Qeyd edək ki, İrina Şeyxlislamova Çelyabinsk vilayətinin kiçik Yemanjelinsk şəhərində böyüyüb. Onun atası, mədənçi olub və erkən yaşlarında vəfat edib. Artıq məktəb yaşında olan gələcək model anasına kömək etmək üçün “part-time” işə başlayıb. Şeykin Tatyana adlı bir bacısı da var. Onlar çox mehribandırlar. Modelin qızı Lia dünyaya gəldikdən sonra anası Olqa Şeyxlislamova nəvəsinə baxmaq üçün Nyu Yorka köçüb. 

İrina Parisdən Nyu-Yorka kimi bütün moda həftələrinin əvəzsiz iştirakçısıdır. Bundan əlavə, supermodel parlaq və məşhur dəb dərgilərinin reklam simasıdır. Belə gərgin iş qrafiki ilə İrina dünyanı çox gəzir. Anasından əlavə, qızın atası, Hollivud aktyoru Bredli Kuper də ona 7 yaşlı Lianın tərbiyəsində kömək edir. İrina və Bredli 2019-cu ildə ayrılıblar, lakin dost münasibətlərini davam etdirirlər.  


 
Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO