Elza: "İlhamə Quliyeva ilə davama heç bir "sevgili" səbəb olmayıb" - VİDEO

Hazırda oxunan: Elza: "İlhamə Quliyeva ilə davama heç bir "sevgili" səbəb olmayıb" - VİDEO

183015

"İlhamə Quliyevanın sağlığında mən çox gənc idim. Nəinki əks cinsin nümayəndələrinin, həmçinin qadınların da diqqətini cəlb edirdim. İstər-istəməz bu İlhamə xanımda böyük qısqanclığa səbəb olurdu".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahan qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Proqramın aparıcısı Ülvira Qarayevanın "Mən belə eşitmişəm ki, mərhum İlhamə Quliyeva ilə münasibətlərinizin korlanmağı şəxsi zəmində baş verib.

Hətta deyirlər ki, İlhamə xanımdan xoşu gələn bir kişinin siz Elzadan da xoşu gəlib. Aranızda paylaşa bilməmisiniz və buna görə də davalar yaşanıb" sözlərinə Elza belə cavab verib:

"İlhamə Quliyeva ilə münasibətlərimin korlanmasına və davalarımıza heç bir "sevgili" səbəb olmayıb. Bu yalnış məlumatlardır. İlhamə xanım çox sevirdi ki, onu tərifləsinlər və sevsinlər. Mənim gözəl bəstəkarlığım, müğənniliyim, həm ana, həm nənə, həm övlad, həm şairə, həm gözəl görünüşüm, həm də gözəl xasiyyətim kimi xüsusiyyətlər İlhamə Quliyevada yox idi. İlhamə Quliyeva sənətçilərə müxtəlif titullar verirdi".

Seyidcanan bildirib ki, Xalq artisti İlhamə Quliyevaya brilliantlar hədiyyə verən sənətçilər səhərisi gün efirlərə çıxırdılar:

"Yadıma gəlir ki, İlhamə Quliyevanın doğum günü idi. Bir çox sənətçilər orada qonaq qismində iştirak edirdilər. Onlar İlhamə xanıma hərə əlində brilliant hədiyyə gətirirdi. Bir də görürdün ki, səhərisi gün həmin insanlar efirdədirlər. Amma mən bunu açıq şəkildə bəyan edib deyirəm ki, nəinki İlhamə Quliyeva, heç bir digər müğənni zəng vurub kanala söyləməyib ki, Elzanı efirə çağırın. Bu sənətdə yeganə mənə kömək edən və istedadıma dəyər verən Xalq artistimiz Brilliant Dadaşova olub".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO