Cavanşir Məmmədov: "Arvad dəyişən kişilərdən deyiləm" - VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov: "Arvad dəyişən kişilərdən deyiləm" - VİDEO

182905

"1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Həmin Zaur" verilişində deyib.

Sənətkar səhnə fəaliyyəti dövründə qazandığı pullardan söz açıb. Məmmədov bildirib ki, bu pullara evlər və avtomobillər alıb:

"Qazandığım pulları özgə birilərinə yedirtməmişəm. O pullara uşaqlarıma təhsil vermişəm, "Torqovı" adlanan ərazidə iki ev almışam. Həmin o evlər indi də var. 

Uşaqlarıma ayrı-ayrı mənzillər almışam. Mən avtomobil həvəskarıyam. Özümə avtomobillər almışam. İçki içən deyiləm. Mən arvad dəyişən kişilərdən deyiləm. Arvaddan başqa hər şeyi dəyişmişəm".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO