“Alatoranlıq” filmi animasiya versiyasında təqdim olunacaq

“Alatoranlıq” filmi animasiya versiyasında təqdim olunacaq

Hazırda oxunan: “Alatoranlıq” filmi animasiya versiyasında təqdim olunacaq

181366

“Alatoranlıq” filmi tamaşaçılara animasiya versiyasında təqdim olunacaq. 

Bizim.Media xəbər verir ki,  bu haqda “Deadline” nəşri məlumat yayıb.  

“Lionsgate Television” şirkəti layihəni rəsmən elan edib. 

Əvvəlki “Harri Potter” kimi “Alatoranlıq” yenidən ekranlara çıxacağı ilə bağlı şayiələr keçən il sosial mediaya “ayaq açıb”. 

Qeyd edək ki, 2008-ci ildən 2012-ci ilə qədər Stefani Meyerin qız və vampirin sevgisindən bəhs edən romanları əsasında pop mədəniyyətinin simvolu olan beş tammetrajlı film işıq üzü görüb. Bu ekran işlərinin ümumi kassa gəlirləri dünya üzrə 3,4 milyard dolları keçib. Filmlərdə əsas rolları Kristen Stüart və Robert Pattinson oynayıb, bundan sonra aktyorlar bütün dünyada daha da məşhurluq qazanıblar. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO