Rəhman Rəhmanoğlu: "Birinci həyat yoldaşım məni 7 otaqlı evimdən qovub" - VİDEO

Hazırda oxunan: Rəhman Rəhmanoğlu: "Birinci həyat yoldaşım məni 7 otaqlı evimdən qovub" - VİDEO

179740

"Keçmiş həyat yoldaşım Ulduz xanımı çox gözəl başa düşürəm. O da mənim kimi iki övladını itirib. Mən nə dərd çəkirəmsə, o da bir ana kimi o dərdi çəkir. Bir var ki, bir övlad itirirsən valideynin beli sınır. İki övlad itirəndə isə valideynin beli iki dəfə sınır".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Sənətkar keçmiş həyat yoldaşı Ulduz xanımın müsahibəsində ikinci övladı müğənni Emil Rəhmanoğlunun ölməsi xəbərini internetdən alması və övladları ilə illərlə kirayələrdə qalaraq, onlarIı tək başına böyütməsi iddialarına cavab verib.

Aktyor bildirib ki, birinci həyat yoldaşı Ulduz xanımdan özü deyil, qarşı tərəf boşanmaq üçün məhkəməyə müraciət edib:

"Mən keçmiş həyat yoldaşım Ulduz xanımı boşamamışam. O, özü məndən boşanıb. Məhkəmə ilə boşananda aylarla çəkir. Yəni Ulduz məni məhkəməyə verdi, boşadı. Mən bilmirəm niyə Ulduz məndən boşandı. O, özü belə istədi".

R.Rəhmanoğlu həmçinin vurğulayıb ki, illər əvvəl Ulduz xanım onu Kubinka adlanan ərazidə yerləşən 7 otaqlı mənzilindən qovub:

"Ulduz günlərin bir günü Kubinkada olan 7 otaqlı evimdən məni qovdu. Lakin o ərəfələrdə mən gedib orada uşaqlarımla görüşürdüm, maddi yardım edirdim. Bu qadın əgər məhkəmə yolu ilə məndən boşanırsa və məni öz evimdən qovursa, özümə belə bir öhdəçilik götürdüm. Dedim ki, qarşıma subay bir qadın çıxsa, onunla da evlənəcəyəm. Elə də oldu. 

İkinci evlilikdə bəxtim gətirdi. Artıq 30 ildir ki, evliyəm. Çox xoşbəxtəm ki, övladlarıma baxılmasında, onlara analıq etməsində də ikinci həyat yoldaşım, yəni Gülü xanımın zəhməti və əziyyəti var".

Qeyd edək ki, Emil Rəhmanoğlu ötən ilin sentyabrın 19-da 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO