Elçin Cəfərov Şimali Kipr Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Elçin Cəfərov Şimali Kipr Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

140336

"Şip-şirin" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərov türk dövlət rəsmilərin iştirak etdiyi tədbirə qarılıb.  

Bizim.Media xəbər verir ki, sənətçi Şimali Kipr Prezidenti Ersin Tatar və Türkiyənin Şimali Kiprdəki səfiri Metin Feyzioğlu ilə görüşüb. 

Elçin rəsmilərlə görüşü xatirəyə çevirmək üçün onlarla fotolar çəkdirib. Sözügedən şəkilləri isə Cəfərov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  
Qeyd edək ki, Elçin Cefərov Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Cütlüyün bu nikahdan Can adında bir oğlan övladı var.  






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO