Vidadi İsrafilov: Azərbaycanlılar Ukraynada qaçaqmalın  “kralıdırlar”x9d

Vidadi İsrafilov: Azərbaycanlılar Ukraynada qaçaqmalın “kralıdırlar”x9d

Hazırda oxunan: Vidadi İsrafilov: Azərbaycanlılar Ukraynada qaçaqmalın “kralıdırlar”x9d

87842
Oxu.Az xəbər verir ki, bu barədə Facebook səhifəsində Ukraynanın “Azov”x9d könüllülər batalyonunun döyüşçüsü, azərbaycanlı Vidadi İsrafilov yazıb.

“Söhbət puldan gedəndə biz özümüzü tankın altına da atmağa hazırıq. Ukraynanın qaynar nöqtələrində (Donetsk və Luqansk vilayətlərində - red.) qaçaqmalçılıq və separatizm ilə mübarizə başlayandan hər gün UTX (Ukrayna Təhlükəsizlik Xidməti - red) tərəfindən separatçılara tədarük çatdırdıqları üçün 10-20 azərbaycanlı saxlanılır. Onlardan pullarını, mallarını alırlar, bəzi hallarda isə fiziki təzyiq də göstərirlər. Amma buna baxmayaraq onların sayı gündən-günə artır. Pul üçün həyatını qurban verməyə hazır olan “qəhrəmanlar”x9d, Ukraynanın bu ərazisinə niyə gəlirsiniz?”x9d, - Vidadi İsrafilov yazır.

O, Ukraynada yaşayan azərbaycanlılara da müraciət edib:

“Dostlar, hamınızdan xahiş edirəm, əgər hərbi regionlarda tanışlarınız varsa, onlarla əlaqə qurun, onları bu utandırıcı və qanunsuz fəaliyyətdən döndərməyə çalışın. Artıq “azərbaycanlı”x9d adı bu biznesin inhisarçı “kral”x9dı kimi siyahıya düşüb.

Qeyd edək ki, daha öncə Ukraynadan Donetskə ət aparan beş maşın saxlanılmışdı.  

Bu barədə Facebook səhifəsində könüllü jurnalist Rodion Şovkoşitni bildirmişdi.

“5 maşın, 9 azərbaycanlı, 10 tona yaxın ət. Donetskə gedirdilər, onları orada azərbaycanlı dostları gözləyirdi”x9d, - o yazmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO